“Miri Yusifə axşamlar qulaq asırlar, 11-dən sonra. Ona qulaq asanda gərək oynayasan, bir az da vurasan”.

Minval.info xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının növbəti qonağı olan müğənni Xatirə İslam deyib. Xatirə İslam daha sonra Əməkdar artistin zövqlü müğənni olduğunu vurğulayıb:

“Musiqi zövqü əladır, gənclər onu çox sevir. Mən Miri Yusifi klub müğənnisi kimi görürəm. Tarkan da klub müğənnisidir. Görmüsünüz ki, Miri Yusif 9-da toyda oxusun? Həmişə 11-dən sonra oxuyur. Depressiyada olanda, düşünmək istəyəndə Miri Yusifə qulaq asmıram, gərək durub oynayasan, bir az vurasan, ayıq olmayasan. Bunlar hamısı zarafatdır. Amma sözümün arxasında dayanıram”.

Xatirə Damla ilə Elza arasında olan qalmaqaldan da danışıb: “Damlanı çox istəyirəm. Bir neçə mahnısını da bəyənirəm. Çox tərbiyəli xanımdır. Bir dəfə mənə yaxınlaşıb, öpdü, qucaqladı. Dedi ki, mənim fanatımdır, məni çox istəyir. O gündən onu çox istəyirəm. Elza xanıma da dedim ki, Damlanın fotosunu cırmaqla düz etməyib”.

Günay İbrahimli ilə aralarında olan məsələ ilə bağlı da danışan Xatirə maraqlı açıqlamalar verib: “Xuraman Şuşalının anası rəhmətə getmişdi. Mənə zəng gəldi. Danışan qız dedi ki, “Mən Günay İbrahimlinin prodüseriyəm. Günay xanım deyir ki, yas yeri haradadır?” O qıza dedim ki, Günay hələ tələsməsin. Telefonu mən açmışamsa heç kimin prodüseri mənimlə danışa bilməz. Özü zəng etsin, adam yeyən deyiləm ki”.

Daha ətraflı videoda: