“Qardaşımı və dostunu öldürüblər”.

Bunu “Report”un Qarabağ bürosuna Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində avqustun 2-də meyiti tapılan xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov bildirib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl qardaşi dostu Miryusiflə Bakıdan onların yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndinə qonaq gəliblər: “Dostlar nahar etdikdən bir müddət sonra Ağcabədi şəhərinə gəzməyə getdiklərini bildirərək evdən çıxıblar. Gecə saat birdə evə qayıdıblar. Daha sonra hər ikisi səhər saat 5 radələrində evdən çıxıblar. Novruz anasına Miryusifə dərman almaq üçün şəhərə aptekə getdiklərini söyləyib. Səhər saat 8 radələrində kənd icra nümayəndəsi zəng edərək onların qəza keçirdiyini xəbər verdi. Ailə Novruzun hadisədən bir-iki gün əvvəl avtomobil almasından xəbərsiz olub”.

A.Hüseynov deyib ki, şubhələndiyi şəxs var, ancaq ad çəkməyib.

Minval.info