İranın ali lideri ayətullah Seyid Əli Xamnyei Həcc toplumuna müraciətində müsəlmanları ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı birləşməyə çağırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ayətullah Xamneyi müraciətində Həcc ayininin insanın fərdi və ictimai təsirindən danışıb, Həcc ziyarətinin bir-birindən uzaq olan ölkələrin insanları arasında bilik və təcrübə mübadiləsi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Xamenei qeyd edib ki, Həccin böyük bərəkətlərindən biri də müsəlmanlar üçün birlik imkanıdır.

O, “ABŞ-ın Asiyanın qərbində və Afrikanın şimalında millətləri ağır müsibətlərə salan və əzablarını artıran müharibələrinin qarşısını almaq” üçün müsəlmanların ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı birləşməsinin vacibliyini qeyd edib.