Xalq artistindən fonoqramla toy oxuyanlara SƏRT TƏNQİD

Xalq artisti Sabir Əliyev toylarda fonoqramla oxuyan sənətçiləri sərt tənqid edib.

“Ölkə.Az”-ın məlumatına görə, sənətkar bildirib ki, məclisdə canlı oxumaq istənilən sənətçi üçün vacibdir:

“Bu yaşıma qədər kimsə deyə bilməz ki, fonoqram oxumuşam. Kim məni toyda fonoqram oxuyan görsə, gəlib istədiyi ağır sözləri desin. Yeganə sənətkaram ki, məclisdə fonoqram oxumuram”.
S.Əliyev bəzi həmkarlarının musiqiçilərlə bağlı gətirdiyi bəhanəyə də aydınlıq gətirib:

“Hansı ansambl olur olsun,dil tapıb oxumaq lazımdır. Çünki oxumağın ləzzəti onun canlılığındadır”.