Xəbər verdiyimiz kimi, hazırda “Jara” Beynəlxalq Musiqi Festivalının final günü keçirilir.

Publika.az xəbər verir ki, final gecəsində Azərbaycanın xalq artisti Aygün Kazımova da iştirak edir. Ulduz qırmızı xalı üçün qaranlıqlar kraliçasını xatırladan qara transparan geyim seçib. O, obrazını qara saç aksessuarı ilə tamamlayıb. Onun obrazı üzərində dünya şöhrətli modelyer Rüfət İsmayl və stilist Ruxa çalışıb.

Müğənniləri qırmızı xalçada qarşılayan aparıcılar Yana Koşkina və Konstantin Tarasyuk Aygün Kazımovanın cazibəsi qarşısında öz heyranlıqlarını gizlədə bilməyib. K.Tarasyuk “Aman Tanrım, gözlərimə inana bilmirəm. Eynəklərimi çıxardım. Aygün Kazımova… Nəysə özümə gəlim. Aygün xanım, çox təmkinli yerişlə yürüdünüz. Sizi görəndə sanki ürəyimə nə isə dırmaşıb aşağı düşdü. Azərbaycanlı kişilərdən necə canınızı qurtarırsınız, sizin kimi xanıma heyran olmamaq mümkünsüzdür” , – deyə müğənniyə müraciət edib.

A.Kazımova isə cavabında “Bu, mənim üçün adi haldır, öyrəşmişəm. Sevərək, başqa cür alınmır. Hər birini sevirsən və sonra gedirsən” deyib.

Aygün Kazımova “Jara-2018″in final günündə festivala ilk çıxan sənətçi olub. Diva “S.U.S” mahnısını rus dilində ifa edib. O, çıxışı üçün qızılı rəngli, olduqca təmtəraqlı səhnə kostyumu seçib.

Azərbaycan səhnəsinin 47 yaşlı divası valehedici gözəlliyi və geyimi ilə Rusiyalı udluzları kölgədə qoyub.