Xalq artisti bir neçə xəstəlikdən əziyyət çəkir:

Xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi problem yaranıb.

Minval.İnfo-nun məlumatına görə, sənətçi ölkə.az-ın əməkdaşıyla söhbətində bildirib ki, eyni vaxtda bir neçə xəstəlikdən əziyyət çəkir:

“Səhhətim çox pisdir. Həm qan təzyiqim var, həm də ürəyimin vəziyyəti yaxşı deyil”.

Xalq artisti bildirib ki, indiki məqamda müalicəsi üçün heç kimə müraciət etmək fikrində deyil:

“Ölkədən kənarda müalicə almalıyam, amma ona da pul lazımdır. Belə də yazsanız, deyəcəklər ki, Yalçın yolçudur. Hər kəsdən, hər şeydən küsməmişəm, heç kimdən də kömək istəmirəm. Nə restoranım, nə obyektim yoxdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.