Xırdalan şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Minval.info-un Unikal.org-a istinadən verdiyi xəbərə görə, “Xalıq Faiqoğlu” MMC məxsus 10 TH-017 dövlət nömrə nişanlı sərnişin avtobus 90-PS-211 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da avtobusa və avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, 135 saylı marşrut xətti  Bakının mərkəzindən Xırdalan istiqamətinə (Memar Əcəmi mts-Bakı Mühəndislik Universiteti(keçmiş Qafqaz univ) hərəkət edir.