Bu gün günorta saatlarında Bakı şəhərində yerləşən avtoyuma məntəqələrindən birində bədbəxt hadisə baş verib.

Minval.info virtualaz.org-a istinadən bildirir ki, məntəqənin 23 yaşlı yuyucusu, Salyan rayonunun Xalac kənd sakini Araz Çingiz oğlu Hüseynov yerə sərilmiş xalçanı yuyarkən elektrik cərəyanı onu vuraraq öldürüb.

Araz Hüseynov ailənin yeganə oğlu idi.

Faktla bağlı araşdırma aparılır.