Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov işindən azad edilib.

Minval.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Hazırda Xaləddin İsgəndərov icra hakimiyyətində kollektivlə vidalaşır. Xaləddin İsgəndərovun səlahiyyətlərini hələ ki birinci müavini İlqar Süleymanov əvəz edəcək.

Qeyd edək ki, Xaləddin İsgəndərov keçmiş Vergilər Naziri Fazil Məmmədovun qudasıdır.

Xatırladaq ki, X.İsgəndərovun işdən çıxarılacağı ilə bağlı xəbəri minval.info saytı hələ mart ayında məlumat vermişdi. ⇒ Xaləddin İsgəndərov işdən çıxarıldı – ÖZƏL

Minval.info