Ölkə ərazisində ağacların kütləvi şəkildə qırılması halları tez-tez qeydə alınır.

Minval.info xəbər verir ki, bu dəfə Xaçmaz şəhərində hündür və sağlam ağaclar qanunsuz olaraq kəsilir.

Sakinlərin sözlərinə görə, şəhərin Nəriman Nərimanov küçəsindəki ağaclar yeni obyektin tikintisi üçün qırılır.

Sağlam ağacların başqa yerlərə köçürülməsi barədə də söhbət getməyib və onlar tez bir zamanda kəsilərək yolun ortasına atılıb.

Minval.info