Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.

Minval.İnfo FHN-ə istinadən xəbər verir ki, H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.