Bəzən bilmədiyimiz dildən nəyisə tərcümə etmək lazım olduqda biz Google tərcüməçi , tərcümə proqramları və ya canlı tərcüməçilərə üz tuturuq.

Hətta “HighNet” tətbiqetməsi ilə seçdiyiniz dili ana dili kimi istifadə edənlər onlayn tərcümə də edib sizə göndərirlər.

Lakin səhvlər qaçınılmazdır və tarixdə belə tərcümə səhvləri böyük bədbəxtliklərlə nəticələnib.

Məsələn, minlərlə insanın ölümünə səbəb olan atom bombası sadəcə tərcümə səhvinə görə Naqosakiyə atılıb. Müharibədə üstünlüyü ələ alan Amerika Yaponiyadan təslim olmağı tələb edib.

Minval.İnfo xəbər verir ki, Yaponiyanın Baş Naziri Kantaro Sudzuki buna cavab olaraq “Mokusatsu” deyir. Yapon dilində bu söz iki hissədən -“sakitlik”və “öldür”- ibarətdir. Bu söz həm də “şərhsiz” mənasında başa düşülür. Lakin Amerika prezidenti Truman bu sözü “biz təslim olmayacağıq” deyə başa düşüb və 10 gün sonra bombalar atılıb.

Digər bir səhv müqəddəs İncilin tərcüməsində buraxılıb. İncildə adı çəkilən Musa peyğəmbərin şərəfinə qoyulan bir çox heykəldə Musa buynuzlu olaraq təsvir edilib. Buna səbəb isə insanların Musanı İncilin “Vulqato” versiyasından oxuması idi. Burada tərcüməçi yəhudi dilindən olan şüa və buynuz sözlərini səhv salıb. İncil yenidən tərcümə olunanda bu səhv düzəldilib və Musa peyğəmbərin buynuzları da yığışdırılıb.

Başqa bir tərcümə səhvi isə bir gəncin həyatını riskə atıb. Cənubi Floridalı Villi Rameros avtomobil idarə edərkən güclü baş ağrıları hiss edib və huşunu itirib. Avtomobildəki benzin iyindən özünü itirən Villinin ispan dilli valideynləri həkimə onun “intoxicado” olduğunu deyib, bu isə ispancadan “zəhərlənmiş” demək idi.

İngilis dilinə tərcümə etmək üçün çağırılan şəxs isə “intoxicate” – “narkotiklə zəhərlənmə” anlayıb. Gənci yüksək dozalı narkotik qəbuluna görə müalicə etməyə başlayıblar. Hər şey aydın olandan sonra Villi Ramerosa 7 milyon dollar kompensasiya ödənilib.

Nərmin Rza

Minval.İnfo