Space televiziyasında yayımlanan «Nahara qədər» verilişinin qonağı olan xalq artisti Könül Xasıyeva maraqlı açıqlamalar verib.

Yenicag.az bildirir ki, sənətçi həyatda heç kimlə dostluq etmədiyini deyib:

“Həyatda nə dostum olub, nə də düşmənim. Sənət aləmində dost yoxdur. Sadəcə, sənət qısqanclığı var. Həmişə olub, bu gün də var, sabah da olacaq. Bu, danılmaz faktdır. Ünsiyyətdə olduğum insanlar var”.

Qeyd edək ki, müğənninin qonaq olduğu veriliş bu gün Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.