Bir müddət əvvəl onkoloji xəstəlik səbəbindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin xanımı Səbinə Zəkizadə ölkədən gedəcəyini bildirib.

Minval.info xəbər verir ki, bu barədə S.Zəkizadə sosial media hesabında məlumat verib. O, həyat yoldaşının vəfatından sonra mənəvi cəhətdən çox əziyyət çəkdiyini qeyd edib:

“Göydən üç alma düşdü. Biri sənin, biri mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir. Əlvida, gözəl Bakım, gözəl vətənim… Çox şeydən, xüsusilə ətrafdakıların düşüncələrindən yoruldum. Artıq övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm. Yeni həyata başlamaq lazımdır. Çox şükür ki, balam var, ona baxıb xoşbəxt oluram. Bir ana kimi… Amma bir qadın kimi xoşbəxt olmaq mənim də haqqımdır. Qəlbimdəki acı isə hər zaman mənimlədir. Lazım olan anda nə qohumlarım, nə də ki, dost dediklərim yanımda oldu. Gözəl “İnstagram” izləyicilərim, buradan da gedirəm. Səbinə Zəkizadə gəldi və getdi”.