Aparıcı Zülfiyyə Bayramova növbəti dəfə xəstəxanaya yerləşdirilib.

Minval.info xəbər verir ki, o, həmkarı və həyat yoldaşı İlqar Mikayıloğlunun ilə birgə çəkdirdiyi şəkli sosial şəbəkə paylaşıb.

“Yenə Milli Onkologiya Mərkəzi və sistemlər. Sən neyləsən də, dilimdən şükrü, üzümdən gülüşü yox edə bilməyəcəksən. Əksinə, Allahın köməkliyi ilə mən səni yox edəcəyəm”.

Xatırladaq ki, Z.Bayramova bu ilin əvvəlində onkoloji xəstəlikdən əziyyət çəkdiyini məlum olmuşdu. Bununla bağlı Zülfiyyə xanım əməlliyyat keçirib və onun mədəsindəki şiş götürülüb.

Bayramova müalicə aldığından saçının töküləcəyini nəzərə alaraq keçəl etdirib. Həyat yoldaşı İlqar Mikayıloğlu və  yaxınları ona dəstək olmaq üçün saçlarından keçiblər.

Ardınca isə Zülfiyyə xanım yeni görkəmi ilə fotosessiya edərək xəstəliyə qalib gələcəyini deyib.

Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəxanadan şəkil paylaşdı: "Səni yox edəcəm" - FOTO