Xərçəngdən əziyyət çəkən Bir müddət əvvəl əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb.

Xərçəngdən əziyyət çəkən aktrisa bu haqda özü xəbər verib. O bildirib ki, artıq evindədir:

“Allaha şükürlər olsun, mən artıq evimdəyəm. Xəstəxanada olanda heç vaxt görmədiyim, tanımadığım insanlar ziyarətimə gəldilər. İnşallah, yaxın günlərdə yenə də işimin başında olacam, gözəllərimin xınasını yaxacam”.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa ötən həftə xərçənk olması xəbəri ilə gündəmə gəlib. Onun onkoloji xəstəliyi bir çoxlarını təəccübləndirib.(Axşam.az)