Yaxın günlərdə səhhəti pisləşən məşhur türk stilist Nur Yerlitaş əməliyyat olunub.

Minval.info türk mətbuatına istinadən xəbər verir ki, stilistin həkimi danışıb. O bildirib ki, əməliyyat 4 saat davam edib:

“Əməliyyat çox uğurlu keçdi. Nur xanım hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Ümumi vəziyyəti yaxşıdır, bir iki gün baxıldıqdan sonra otağa yerləşdiriləcək”.

Qeyd edək ki, azərbaycanlı izləyici Nur Yerlitaşı  türk kanallarında yayımlanan “Bu mənim stilim” moda yarışmasından tanımışdı.