Xərçəngdən əziyyət çəkən azərbaycanlı aparıcı:

Onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı-vəkil Zülfiyyə Bayramov maraqlı addımı ilə gündəmə gəlib.

Minval.info xəbər verir ki, müalicə alan aparıcı eyni xəstəlikdən əziyyət çəkən insanlara dəstək üçün fotosessiya edib.

“Əziz xanımlar, inanın ki, hər halınızla gözəlsiniz. Yetər ki, buna daxilən inanın və o gözəlliyi qorumaq üçün özünüzdə güc tapın. Görəcəksiniz, hər şey doğrudan da gözəldir. Məhz bu layihə ilə demək istəyirəm ki, sizdən biriyəm və sizinləyəm”.

Xatırladaq ki, bundan öncə aparıcının həmkarı və həyat yoldaşı İlqar Mikayıloğlu ona dəstək üçün saçlarından vaz keçib. Onunla birgə Zülfiyyə xanımın yaxınları da eyni addımı atıblar.

 

 

 

 

 

 

Xərçəngdən əziyyət çəkən azərbaycanlı aparıcı: