Image result for xərçəng xəstəliyi

Alimlər xərçəng xəstəliyini yaranma mərhələsində müəyyən edən bir kəşfə imza atıblar.

Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, hazırlanan dəri implant bəzi xərçəng növlərinin əlamətləri arasında yer alan qanda artan kalsium miqdarını müəyyən edərək implantın taxıldığı yerdə dərinin rəngini dəyişir.

Alimlər qeyd ediblər ki, yeni implant üzərində hələ iş gedir və yaxın vaxtlarda xərçəngi ilkin mərhələdə müəyyən etmək mümkün olacaq.
“Sciente Translational Medicine” adlı elmi jurnalda yayımlanan məqaləyə əsasən, implant ən geniş yayılan döş, prostat, ağ ciyər və bağırsaq xərçəngi ilə yanaşı böyrək çatışmazlığını da müəyyən edəcək. Sınaqlar siçan və donuzlar üzərində uğurla keçib.