“WhatsApp” messencerində artıq qrup zəngləri funksiyası əlçatandır. Yeni funksiya messencerin “iOS” və “Android” sistemləri üçün son yeniləməsində əlçatandır.

Şirkətin yaydığı məlumata görə, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən “iştirakçıları əlavə etmək” düyməsinin üzərinə sıxmaq lazımdır.

Qrup zəngləri adi zənglər kimi “end-to-end” şifrlənməsinə malikdir.(azərtac)