Viktoriya Bekhem: “Bəzən hamamda gizlənirəm”

“Spice Girls” qrupunun solisti, məşhur futbolçu Devid Bekhemin arvadı, modelyer Viktoriya Bekhem həyatı ilə bağlı açıqlamalar verib.

“Ölkə.Az” xəbər verir ki, insanlar tərəfindən hələ də məşhur futbolçu ilə evlənən “Spice Girls” üzvü kimi qəbul edildiyini bildirən Viktoriya geyim markası ilə məşğuldur.

Viktoriya dörd uşaq anasıdır və bəzən işlərinə vaxt tapmadığını deyir: “Dörd uşağa baxmaq, onların təhsili ilə maraqlanmaq, bir tərəfdən də işgüzar olmaq asan deyil. Bütün qadınlar kimi yaxşı ana olmaq istəyirəm. Eyni zamanda ideal həyat yoldaşı və peşəkar iş adamı olmaq istəyirəm. Bəzən həftə sonları vacib məktubları yaza bilmək və işləmək üçün hamamda gizlənirəm”.

Viktoriya uğurlarına görə çox şeyi Devidə borclu olduğunu da qeyd edib: “Çox xoşbəxt qadınam. Mən uzaqda olanda uşaqları məktəbdən götürür, axşam yeməyi hazırlayır, dərsləri ilə məşğul olur”.