Azərbaycan vətəndaşları onların müraciətinə laqeyd yanaşan, qəbul etməyən dövlət orqanlarından Prezident Aparatına şikayət ediblər.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci il üzrə açıqladığı məlumata görə, narazılıqların ən çox olduğu dövlət qrumlarının siyahısına nazirliklərdən tutmuş dövlət bankı da daxildir.

Süleyman İsmayılov bildirib ki, vətəndaşlar Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa dövlət qurumlarının problemlərə biganə münasibətindən şikayətləniblər.