Tanınmış italyan aparıcı Eliza İsoardi Venesiya Film Festivalında görüntülənib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Aya ilk ayaq basan Nil Armstronqun həyatı haqqında çəkilmiş filmin qalasına qatılan aparıcı bu dəfə də diqqəti üzərinə cəmləməyi bacarıb.

Zümrüd rəngli uzun yarıqlı libas geyinən Eliza qırmızı xalıda rahat şəkildə yeriyə bilməyib. Tez-tez ətəyinin açılan yarığını əli ilə tutmalı olan İsoardi fotoqraflara poz verdikdən sonra salona daxil olub.