Bu da bağçada uşaqları döyən Firuzə Tağıyeva

Bakıda “Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluqla bağlı artıq hüquq-mühafizə orqanları qanuni tədbirlər görməyə başlayıblar.

Uşaqlara qarşı kobud davranan Firuzə Tağıyeva adlı tərbiyəçi Yasamal RPİ-i tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Minval.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

O.Mansurzadə qeyd edib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə)  maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.