Uşaq üçün konfet aldı, içindən dəmir parçası çıxdıBakıda azyaşlı uşaq üçün alınan konfetin içindən iynə formasında dəmir parçası çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə alıcı Kamran Əliyev məlumat verib.

Vətəndaşın sözlərinə görə, o, dəmir parçasının son anda fərqinə varıb və uşağın boğazından çıxarıb.

Kamran Əliyev əvvəlcə məhsulun “Elvan” şirkətinə məxsus “Toffix” konfeti olduğunu düşünüb. Lakin araşdırma nəticəsində məlum olub ki, içindən iynə çıxan məhsul “Toffix” deyil, “TropX” markalı konfetdir. Sadəcə, sözügedən konfetlər “Qayalı” marketinin vitrinində yanaşı düzüldüyü üçün qarışıqlıq yaranıb.