İngiltərənin Liverpul şəhərində yeni doğulmuş körpələri öldürən tibb bacısı tutulub.

Minval.info xəbər verir ki, Luci Letbi 2011-ci ildə tibb bacısı kimi işləməyə başlayıb. Polis xəstəxanada ölən uşaqlara görə ondan şübhələnməyə başlayıb. Araşdırmalar nəticəsində bəlli olub ki 28 yaşlı Luci səkkiz körpəni öldürüb, altısını isə öldürməyə cəhd edib.

Tibb bacısının bu vəhşiliyi niyə etdiyi hələ bilinmir. İngilis mediası onun barəsində “Ölkənin ən cani uşaq qatili” sözlərini istifadə edib.

Minval.info