Ukrayna prezidenti Vladimir Zelenskinin internet saytında Ukraynanın yerli pul vahidi qrivnanın dollarla əvəz edilməsi ilə bağlı petisiya başladılıb.

Axar.az xəbər verir ki, sözügedən kampaniyanın yerli pul vahidindəki qeyri-sabit vəziyyətlə əlaqədar olduğu bildirilib. Ukrayna vətəndaşları ölkə başçısından pul islahatı həyata keçirməsini tələb edib.

7 avqustda başladılan kampaniyanı indiyə kimi 116 nəfər imzalayıb.

Qeyd edək ki, Zelenskinin petisiyanı incələməsi üçün 90 gün ərzində 25 min imza toplanmalıdır.