Ukrayna hökumətinin Lvov şəhərində fəaliyyət göstərən Rusiya konsulluğunun əməkdaşını ölkədən xaric etməsi iki ölkə arasında gərginliyə səbəb olub.

Minval.info xəbər verir ki, Rusiya tərəfi buna cavab olaraq Ukraynanın Sankt-Peterburq konsulluğunun bir üzvünü “istənməyən şəxs” elan edib.

Ukrayna rəsmiləri ölkədən xaric edilən şəxsin Rusiyanın konsulluqda çalışan hərbi casusu olduğunu bəyan edib. Rəsmi Moskva iddianı təkzib edərək bu addımın Ukrayna tərəfinin provakasiyası olduğunu bildirib. Baş verən hadisələrin iki ölkə arasında davam edən gərginliyi daha da artıracağı güman edilir.

Nazim Hacıyev

Minval.info