Bu gün Ukrayna hərbçiləri Donbasda minaya düşüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə səhər saat 08.25 radələrində Sçastye yaşayış məntəqəsində baş verib.

Ukrayna Müdafiə Nazirliyi partlayış nəticəsində 2 hərbçinin öldüyü, 2 hərbçinin yaralandığını açıqlayıb.

Yaralı hərbçilərin həyatı üçün təhlükə yoxdur.