Minval.İnfo “Qafqazinfo”-a istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən kluba verilən cəzanı ləğv edib.

CAS-ın rəsmi saytında bildirilib ki, klubun hazırki maliyyə durumu normaldır və avrokuboklara qatılmasına mane törətmir.

Qeyd edək ki, ötən mövsüm transferlərə 210 milyon avro xərləyən “Milan” klubu maliyyə feyr-pleyini pozduğu üçün 2 il müddətinə avrokuboklardan kənarlaşdırmışdı.