UEFA “Olimpik Marsel”-in keçən mövsüm Avropa Liqasında keçirtdiyi “Leypziq” , “Salzburq”, “Atletiko Madrid” matçlarından sonra bu il Sentyabrın 20-si keçirələcək olan “Ayntraxt Frankfurt” matçını da azərkeşsiz oynayacaq.

Minval.info xəbər verir ki, UEFA-nın bu qərarına səbəb fransız azərkeşlərin oyun zamanı qaydalara riayət etməməsidir. Klub azərkeşləri  2 il ərzində bir daha eyni halları təkrarlasa, “Marsel” 1 ev oyununu daha azərkeşsiz keçirdəcək.

Qeyd edək ki, UEFA  “Olimpik Marsel” klubuna l=əlavə olaraq 100 min avro cərimə kəsib. Buna səbəb olaraq keçən mövsüm keçirilən Avrpa Liqası finalında oyun zamanı fransız azərkeşlərin kobudluqlarıdır.

Vüqar