“Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı”Azərbaycan futbol klublarına UEFA-dan 507 579,57 avro pul həcmində məbləğ ayrılıb.

Bu pullar 2016/2017 mövsümünün yekunlarına əsasən, UEFA-nın “Həmrəylik Ödənişləri və Uşaq Futbolunun İnkişafı” proqramı çərçivəsində verilib.

Həmin klublar Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə düşməyən klublardır. Pulu “Zirə”, “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Neftçi”, “Kəpəz” və “Qəbələ” klubları əldə edib.

Qeyd edək ki, artıq 3,5 milyon avrodan çox olan bu məbləğ AFFA vasitəçiliyi ilə klubların hesabına köçürülüb.