Fazil Mustafa ile ilgili görsel sonucu“Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız? Bundan sonra belə bir sual kimsə verməz”.

Minval.info xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. F. Mustafa keçmiş həmkarı Abel Məhərrəmovun gündəm olduğu məsələyə işarə edərək şərab haqda fikirlərini paylaşıb:

“Məsləhətlisi əziyyətlə də olsa kitab daşımaqdır. Uca Yaradan boşuna şərabı haram saymayıb ki… Və ilk ayəsi də boşuna “Oxu!” olmayıb ki…”.