Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb.

Oxu.Az xəbər verir ki, helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb.

Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq.

T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb.

Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır.

TUSAŞ helikopterinin hazırlanmasına dair müqavilə 2013-cü ildə imzalanıb.

Helikopter təcili tibbi yardım briqadası, xilasetmə və yanğın əleyhinə əməliyyatlarda uğurla tətbiq oluna bilər.

Helikopterin heyəti iki nəfərdən ibarət olacaq. O, 12 nəfərdək sərnişini daşımaq üçün nəzərdə tutulub.