Türkiyə Super liqasında çempionu əlavə oyun təyin edə bilər

Türkiyədə çempionluğa “Qalatasaray” klubu daha yaxın olsa da, digər 3 klubun çempionluq ümidləri hələ də qalmaqdadır.

Minval.İnfo Türkiyə mediasında istinadən xəbər verir ki, “Qalatasaray səfərdə “Göztəpə” klubuna məğlub olduğu halda və “Fənərbağça”-nın qazandığı halda komandaların qol nisbəti bərabərləşə bilər.

Əgər sarı-qırmızılılar rəqibə bir top fərqlə məğlub olsa, “Fənərbağça”  rəqibinə 1 top fərqilə qalib gəlsə qol nisbəti bərabərləşir və beləliklə TFF-nin təlimatlarına əsasən çempion son bir matçla təyin olunur. Buna əsasən bu oyun tərəfsiz bir stadionda keçirilər.