savaşçı dizi ile ilgili görsel sonucuTürkiyədə çəkilən ekran işində Azərbaycanın ərazisi barədə qalmaqallı görüntü efirə verilib.

Minval.info xəbər verir ki, söhbət ölkəmiz haqda daim söhbət açılan “Savaşçı” serialından gedir. Yerli tamaşaçılar tərəfindən kifayət qədər sevilən və işğal altında olan Qarabağdan da bəhs edilən ekran işi bu dəfə kobud səhvi ilə yadda qalıb.

Belə ki, “Savaşçı”nın 49-cu seriasının bir epizodunda Azərbaycanın ərazisini əks etdirən xəritə yer alıb. Amma Naxçıvan Muxtar Respublikası xəritədən nədənsə silinib. Maraqlıdır ki, rejissor həmin xəritənin ölkəmizdə polis idarəsində divardan asılmış kimi təqdim edib.

Qeyd edək ki, bu yaxınlarda azərbaycanlı rejissor Kənan Mahmudov aktyor kimi serialda çəkilməyə başlayıb.

Məlumat üçün bildirək ki, K.Mahmudov Naxçıvanda doğulub.

Bundan əlavə, Azərbaycanlı aktyor Elvin Əhmədov da sözügedən ekran işində yenicə rol alıb.