Türkiyə şəhidlərin intiqamını aldı

Türkiyə-İraq sərhədində terrorçular əleyhinə əməliyyatda şəhid olan 4 əsgərlə Hakkaridə vida mərasimi keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, mərasim zamanı şəhidlərin qanının yerdə qalmadığı və əks-hücumla 20 nəfər PKK terrorçusunun məhv edildiyi bildirilib.

Qeyd edək ki, şəhidlərin cənazələri doğulduqları İğdır, Giresun, Kırıkkale və Ankaraya yola salınıb.