Türkiyə polisi genişmiqyaslı reydlərə başlayıb. Trend-in məlumatına görə, reydlər ümumilikdə ölkənin 81 vilayətində aparılır.

Polisin yaydığı son məlumata görə, əməliyyatlar nəticəsində 1 314 nəfər saxlanılıb. Saxlanılanlar arasında narkotacirlər, eləcə də FETO üzvlərinin olduğu bildirilir.

Reydlər nətcəsində eləcə də 10 ədəd odlu silah müsadirə olunduğu qeyd olunur.

Əməliyyatla bağlı başqa detallar hələ açıqlanmayıb.