Türkiyə parlamentində spiker seçkilərinin 3-cü turu başa çatıb.

“Ölkə.Az” xəbər verir ki, 3-cü turda səslərin çoxluğu ilə Binəli Yıldırım parlament sədri seçilib. Binəli Türkiyə Böyük Millət Məclisinin 28-ci sədridir.

MHP-dən başqa bütün partiyalar namizədlərini irəli sürüblər. MHP və hakim “Ədalət və İnkişaf” partiyasının namizədi Binəli Yıldırım olub.

Binəli Yıldırım birinci turda 331 millət vəkilinin səsini toplayıb. İkinci turda isə 336 millət vəkili ona səs verib.