Türkiyənin məşhur müğənnisi Öykü Gürman Azərbaycanda fenomenə çevrilən “Düşün məni” mahnısını repertuarına daxil edib.

Dergi.az xəbər verir ki, o, sözləri və musiqisi Elməddin Səfərliyə məxsus mahnıya klip də çəkdirib.

Ekran işini bu gün ifaçının əməkdaşlıq etdiyi şirkətin rəsmi “Youtube” səhifəsində yerləşdirilib, azərbaycanlı müəllifin adı qeyd olunub.

Xatırladaq ki, “Düşün məni”nin ilk ifaçısı Elvin Mirzəzadədir. Sözügedən müğənninin ifası “Youtube”də 10 milyondan çox baxış toplayıb.