Türkiyəli məşhur aktyor Arda Öziri qəzada həlak olub.

Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, motosikletlə qəzaya uğrayan aktyor xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 Arda Öziri Türkiyə çəkilən “Diriliş Ərtoğrul” serialında “Göytuğ” obrazını ifa edirdi.
39 yaşlı aktyor daha öncə də “Akasya durağı”, “Kınalı kar”, “Asmalı konak”, “Yedi numara” və “Ruhsar” kimi yaddaqalan seriallarda çəkilib.