Türkiyə Krımın qanunsuz ilhaqını tanımayıb, tanımayacaq.

BakuPost-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Soydaşlarımızın tarixi ana vətəni olan Krımdakı varlıqlarının davamı, kimlikləri və mədəniyyətlərinin qorunması, azadlıqlarının təmini bizim üçün prioret məsələdir”, – Ərdoğan söyləyib.