Azərbaycanının dünya musiqisi, ədəbiyyatı, sənəti, elminə bəxş etdiyi kifayət qədər tanınmış sima var.

Tez-tez mediada onlarla bağlı xəbərlər də yer alır. Lakin bu dəfə türk mediasında öz adından söz etdirən Azərbaycan əsilli məşhurlardan danışacağıq. Onu da qeyd edim ki, bu məşhurlar müxtəlif mövqelərə sahib, öz imzası ilə seçilən şəxslərdir.

Minval.info sizlərə Türkiyənin tanınmış simasına çevrilən Azərbaycan əsilli məşhurları təqdim edir.

–        Günel Zeynalova

Günel Zeynalova ile ilgili görsel sonucu

İbrahim Tatlısəsin kəşf edib, türk dünyasına tanıtdığı kiçik Günel artıq türk şou-biznesində özünə yer edən sənətkara çevrilib.

–        Ataol Bəhramoğlu

   Ataol Bəhramoğlu ile ilgili görsel sonucu

Azərbaycan əsilli, ailəsinin soyadı “Gürus” olan Ataol Türkiyədə kifayət qədər tanın şairlərdəndir. Eyni zamanda rus ədəbiyyatının türk dilinə ən gözəl tərcüməçilərindən hesab olunur.

–        Tuğba Əkinçi

   Tuğba Əkinçi ile ilgili görsel sonucu

Bir çoxumuzun “O şimdi asker” mahnısı ilə tanıdığımız Qars doğumlu Tuğba da Azərbaycan əsilli türklərdəndir.

–       Tamər Qaradağlı

Tamer Karadağlı ile ilgili görsel sonucu

Yaratdığı “sərt kişi” effekti ilə Türkiyə səhnəsinin ən sevilən aktyoruna çevrilən Qaradağlı da azərbaycanlıdır. O, əslən Qərbi Azərbaycandandır.

–        Başak Sayan

  Başak Sayan ile ilgili görsel sonucu

Ata tərəfdən azərbaycanlı olan Başak Sayan Türkiyədə çox sevilən aktrisa, ssenarist və yazarlardan biridir.

–        Çağla Şikəl

    Çağla Şikel ile ilgili görsel sonucu

Özü İstanbulda doğulsa da, atası Qarsdakı azərbaycanlılardandır. Həm aktrisa, həm model, həm də aparıcı kimi tanınan Çağla Şikel Türkiyənin sevilən simalarından hesab olunur.

–        Rıza Sarraf

   Rıza Sarraf ile ilgili görsel sonucu

Ebru Gündəşlə evləndikdən sonra türk mediasında adı bir çox məsələlərdə hallanan Rıza Sərraf həm də tanınmış iş adamıdır.

–        Cem Qaraca

Cem Karaca ile ilgili görsel sonucu

Türk rok musiqisinin ən sevilən simalarından olan Cem Qaracanın da əslən azərbaycanlı olduğu bilinir. Onu da qeyd edim ki, Cem Qaraca həm də bəstəkar və teatr aktyoru idi.

–        Əhməd Şəfəq

ahmet şafak ile ilgili görsel sonucu

Türkiyə şou-biznesinə adını qızıl hərflərlə yazdıran Əhməd Şəfəqin əslən azərbaycanlı olması bildirilir, özü isə İstanbulda dünyaya gəlib. Azərbaycanda da çox sevilən bu sənətkar həm musiqiçi, həm bəstəkar, həm söz yazarı, həm də jurnalistdir.

–        Ezo

Ezo ile ilgili görsel sonucu

Rafət Əl Romanla oxuduğu “kalbine sürgün” mahnısı ilə məşhurlaşan gözəl səsli Ezo da əslən azərbaycanlıdır. Özü də hər reportajında Bakılı olmasını vurğulayır.

–        Nəsrin Cavadzadə

Nəsrin Cavadzadə ile ilgili görsel sonucu

Türkiyənin ən çox sevilən simalarından olan Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda dünyaya gəlib. Lakin 3 yaşından ailəsi ilə Türkiyəyə köçməli olurlar. Türkiyədə tanınmış kino və teleserial aktrisasıdır.

–        Sinan Oğan

Sinan Oğan ile ilgili görsel sonucu

Əslən azərbaycanlı olan Sinan Oğan İğdırda dünyaya gəlib. Türkiyənin tanınmış siyasi simalarından biridir. Eyni zamanda Türkiyə Azərbaycan dərnəyinin rəhbəri olan Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanmışdır. Onun rəhbərliyi ilə Türkiyədə Xocalı faciəsi, 20 Yanvar hadisələrinə aid müxtəlif tədbirlər təşkil olunub.

–        Selin Şəkərci 

selin şekerci ile ilgili görsel sonucu

Ata tərəfdən ərəb, ana tərəfdən azərbaycanlı olan Selin Şəkərci türkiyə də həm gözəlliyi, həm də aktrisalığına görə adından söz etdirən məşhurlardan biridir.

–        Türkan Şoray

Türkan Şoray ile ilgili görsel sonucu

Türkiyənin əvəzolunmaz simaları sırasında yəqin ki bu xanım birincidir. Yeşilçam-ın axtarılan üzü olan Türkan xanım özü də müsahibəsində əslən azərbaycanlı, ata tərəfdən naxçıvanlı olduğunu bildirmişdi.

Məleykə

Minval.info