Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan parlamentdə and içib.

“Ölkə.Az” xəbər verir ki, bununla da rəsmən prezident üsul idarəsinə keçildi.

Parlamentə gələn Ərdoğan vətəndaşların böyük sevgisi ilə qarşılaşıb. Prezidentin avtomobilinin üzərinə gül ləçəkləri tökülüb.

Ərdoğanı ailəsi də müşayət edib. Millət vəkilləri andiçmədən sonra Ərdoğanı uzun müddət alqışlayıblar.
Andiçmədən sonra Ərdoğan jurnalistlərin “Sizə necə xitab edək? Prezident yoxsa sədr?” sualına “Sədr də deyə bilərsiniz” cavabını verib.

Hazırda Ərdoğan Atatürkün məzarını ziyarət edir.