Türkiyənin Bingöl əyalətində PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi həlak olub, 3-ü isə yaralanıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, insident Yedisu rayonunda qeydə alınıb.

Yaralanan hərbçilər xəstəxanalara çatdırılıb.

Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.