Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı dövriyyəyə buraxılıb. 

Minval.info xəbər verir ki, maksimum sayı iki min ədəd olan 20 türk lirəsi 925 əyar gümüşdən ibarətdir.

Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.