“Azərbaycanda xarici vətəndaşlar nəcə imtahansız qəbul olunurlar, bu, eyni şəkildə Türkiyədə  universitetlərə həyata keçirilir. Yəni bizim vətəndaşlar imtahansız ali məktəbə qəbul olunurlar. Sadəcə, Tomer imtahanı verirlər. Yəni türk dilinde imtahan”.

Bu sözləri minval.info-ya Study in Turkey Azerbaijan təhsil şirkətinin rəhbəri Fuad Hacıyev deyib. Onun sözlərinə görə, bilikləri yetərli olan şəxslər birbaşa 1-ci kursa başlayırlar. Yox, əgər yetməzsə 1 il hazırlıq oxuyurlar.

Bu yaxınlarda yüzdən çox gənci Türkiyədə təhsil almaq adı ilə aldadan şirkət barəsində məlumat vermişdik. Bu hadisə bir daha fırıldaq şirkətləri gündəmə gətirdi. Bəs onları necə aşkar etmək olar? Necə edək ki, pulumuzu, vaxtımızı və təhsil imkanımızı belə fırıldaqçılar ucbatından itirməyək?

“Xaricdə təhsil” adı altında dələduzluq – VİDEO

Bu suala da ekspert F.Hacıyev cavab verib: “Əslində bu çox çətin sualdır. İllərdir fəaliyyət göstərən şirkətlərdə də bəzən problemlər, yəni fors-major hallar olur. Sualı bir az fərqli qoymaq olar. Hansı şirkətə güvənməməli?

Fuad Hacıyev

Yalnız sezonun başlanğıcında yaranan göbələk şirkətlərə.
– Sizdən müqaviləsiz ödəniş almağa meyl göstərənlərə.
– Hər il fərqli adlarla təhsil sektorunda fəaliyyət göstərənlərə.
– Təhsil üzrə peşəkarlıq səviyyələri olmayanlara.

Bunları necə öyrənmək olar? Çox sadə. Google-da axtarış edərək, şirkətin yaranma tarixi, məmnunluq və peşəkarlıq səviyyəsini öyrənə bilərlər. Bu şəkildə müraciət edəcəkləri şirkəti araşdırmaq imkanları var. Hazırda məsələn, yanvar semestr magistr üçün qəbullar başlanıb”.

Minval.info