Türkiyədə silahla başından vurularaq yaralanan Yahşiyan Bələdiyə sədri Əhməd Sunqurun oğlu Mətin Sunqur Gülhane Hərbi Tibb Akademiyasına (GATA) köçürülüb.

Minval.info xəbər verir ki, 26 yaşlı Sunqur, Ankara şəhərində Yeniməhəllədəki TOKİ tikililərinin girişində avtomobilin içərisində 2 dostu ilə olduğu zaman başındann silahla vurulub.

Ağır yaralanan Mətin Sunquru dostları başqa bir avtomobil ilə xəstəxanaya aparıblar.

Vəziyyəti ağır və qeyri-stabil olan Sunqurun müalicəsi GATA-da davam edir.

Emil