Türkiyədə 80-ci illərin məşhur müğənnisi cinsiyyət dəyişdirdi
“Eller kadir kıymet bilmiyor anne” mahnısını Türkiyədə hamıdan öncə oxuyan Hakan Aslan cinsiyyətini dəyişdirirb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə musiqiçi və yazar Onur Akay məlumat verib.

Yeşim Salkım, Nuray Hafiftaş və Sinan Özenlə konservatoriyada eyni qrupda oxuyan Hakan Aslanın 10 il bundan əvvəl Tailandda gizli şəkildə əməliyyat olunaraq cinsiyyətini dəyişdirdiyi bəlli olub.

Uzun illərdir musiqi camiəsindən uzaq olan Hakan Aslan adını da dəyişdirib. Onun yeni adı Eylem Erenerdir. O, Onur Akaya Eylem adı ilə “Facebook” hesabından ismarıc göndərib. Onur Akay isə yaşadığı şokdan sonra Eylem Erenerlə reportaj hazırlayıb.

80-ci illərdə böyük bir reklam kampaniyası ilə əla bir sıçrayış həyata keçirən Hakan Aslan bu dəfə Eylem Erener kimi Onur Akayın suallarını cavablandırıb:

“Xaricdə dəyişməyə qərar verdim və Tailandda əməliyyat olundum. Özümü sağlam və rahat hiss etdiyim üçün bunu elədim. İstanbulda və İzmirdə yaşayıram. Ətrafımdakı hamı bilir. Dinləyicilərimdən tanıyanlar da olur. Sevgi və hörmətlə qarşılayırlar. Heç kimdən neqativ bir fikir eşitməmişəm. Köhnə albomlarımda şəkil və ad dəyişikliyi etməyəcəm. Onlar orada qaldı”.

Minval.İnfo