Türkiyə Hava Qüvvələrindəki 110 nəfər xidmətdə olan əsgər saxlanılıb.

Minval.İnfo xəbər verir ki, Ankara Respublika Baş prokurorluğu əməliyyatla bağlı açıqlama verib:

Hava qüvvələri baş qərargah idarəsinin daxilindəki bir sıra ordu fərdlərinin müxtəlif yollarla FETO terror təşkilatı ilə əlaqə yaradaraq göstərişlər alıblar.

Şübhəli 3 polkovnik, 2 polkovnik-leytenant, 6 mayor, 3 kapitan, 18 baş leytenant, 1 leytenant, 77 serjant, ümumi 110 nəfər ordu fərdi 21.09.2018 tarixində saxlanılıb.

Saxlanılan bütün şübhəlilər aktiv xidmətdə olublar və 5-i pilotdur. Ankarada və 15 regionda Ankara Təhlükəsizlik Müdirliyi saxlanılma əməliyyatlarını davam etdirir”.

Emil

Minval.İnfo